Menyu

Kavelaşvili: Gürcüstan Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoyulmasında maraqlıdır

Nərmin Qocamanlı
Kavelaşvili: Gürcüstan Ermənistan və Azərbaycan arasında münaqişəyə son qoyulmasında maraqlıdır
1 dəq oxu

Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasında maraqlı tərəflərdən biridir.

Operativ Media xəbər verir ki, bunu respublika prezidenti Mixail Kavelaşvili “İmedi” televiziya kanalının efirində bildirib.

"Mən hər iki ölkənin hökumətlərinə münaqişəyə son qoymaq istəyinə görə təşəkkür etmək istərdim. Sülh və sabitlik region üçün vacibdir və hər üç ölkə üçün imkanlar təklif edir", o, bildirib.

Əlaqəli Xəbərlər