Azərbaycan və Pakistan bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Pakistan bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək.
Operativ Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Azərbaycanla Pakistan arasında “Bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş 2025-ci il 24 fevral tarixində Pakistanın Lahor şəhərində imzalanıb. Sazişin məqsədi bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqla kənd təsərrüfatı məhsullarının təhlükəsiz dövriyyəsini və ərzaq təhlükəsizliyini təmin etməkdir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Teqlər:
"Az\u0259rbaycan v\u0259 Pakistan bitki karantini v\u0259 m\u00fchafiz\u0259si sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131q ed\u0259c\u0259k"