Menyu

Paşinyan: “Avropa Siyasi Birliyi” sammitinin Azərbaycanda keçirilməsini alqışlayıram

Əsəd Abbaslı
Paşinyan: “Avropa Siyasi Birliyi” sammitinin Azərbaycanda keçirilməsini alqışlayıram
1 dəq oxu

Ermənistan "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsini alqışlayır.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “X” sosial şəbəkəsində yazıb.

O, bildirib ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.

Əlaqəli Xəbərlər