Menyu

Hikmət Hacıyev: Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı xəyal idi

Əsəd Abbaslı
Hikmət Hacıyev: Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı xəyal idi

Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.

"Beş il əvvəl kiməsə desəydim ki, bir gün Ağdamdan Bakıya sürətli qatarla gedəcəyik, bu, xəyal, fantaziya, hətta əfsanə kimi qəbul oluna bilərdi. Ancaq bu gün bu görüntü reallığa çevrilib. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Əlaqələndirmə Qərargahının üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımızda dirçəliş və tərəqqinin qüdrətli simvolu olan Ağdam-Bakı sürət qatarı ilə paytaxta qayıdırıq", - Prezidentin köməkçisi qeyd edib. 

Teqlər:

"Hikm\u0259t Hac\u0131yev: Be\u015f il \u0259vv\u0259l A\u011fdamdan Bak\u0131ya s\u00fcr\u0259t qatar\u0131 x\u0259yal idi"

Əlaqəli Xəbərlər