14 Oktyabr 2022, 10:58
"Qarabağ" dünya nəhənglərini qabaqlayıb
"Qarabağ" dünya nəhənglərini qabaqlayıb şəkil
"Qarabağ" dünya nəhənglərini qabaqlayıb

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) öz ölkələrində ən yaxşı statistik göstəricilərə malik komandaların reytinq cədvəlini açıqlayıb.

"Operativ Media" CIES-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycanın Premyer Liqada iştirak edən bütün təmsilçiləri yer alıb.

Yerli klublar arasında ən yaxşı göstəriciyə "Qarabağ" malikdir. Ölkə çempionatında keçirdiyi 8 oyunun hamısında qalib gələn Ağdam təmsilçisi hər matçda rəqib qapısına orta hesabla 7,2 dəfə dəqiq zərbə ilə 18-ci pillədə qərarlaşıb.

Azərbaycan çempionu bu göstəricidə Almaniyanın "Bavariya", Niderlandın PSV, "Feyenoord", "Ayaks" və "AZ Alkmaar", Fransanın PSJ, Şotlandiyanın "Seltik", kollektivlərindən geri qalsa da, İspaniyanın "Real Madrid", "Barselona", İngiltərənin "Mançester Siti" və "Liverpul" kimi komandalarını qabaqlayıb.

"Neftçi" ortalama 6.2 zərbə ilə 57-ci, "Sabah" 5,8 zərbə ilə 96-cı, "Qəbələ" isə 5,6 zərbə ilə 114-cüdür.

Qeyd edək ki, "Qarabağ" hazırda 24 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir.

Son xəbərlər
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək
Bakıda qadın dəm qazından zəhərlənərək ölüb
Avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub - YENİLƏNİB