Menyu

Peter Mixalko Azərbaycanı təbrik edib

Əsəd Abbaslı
Peter Mixalko Azərbaycanı təbrik edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko 2028-ci ildə Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi edəcəyinə görə Azərbaycanı təbrik edib.

Operativ Media xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“2028-ci ildə Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi edəcək Azərbaycanı təbrik edirik!”, – o yazıb.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Avropa Siyasi Birliyi sammitinin Azərbaycanda keçiriləcəyini bildirmişdi.

Teqlər:

"Peter Mixalko Az\u0259rbaycan\u0131 t\u0259brik edib"

Əlaqəli Xəbərlər