Bu ilin yanvar-aprel aylarında ölkədə əczaçılıq məhsullarının istehsalı sahəsində 4,1 milyon manat dəyərində dərman preparatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 7,9 faiz çoxdur.
Operativ Media Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ilin 4 ayına nisbətdə tibbi maskaların istehsalı 20 faiz artaraq 1,2 milyon ədəd təşkil edib.
Cari ilin may ayının 1-nə ölkədə 5,5 milyon ədəd tibbi maska və 710,8 min manatlıq hazır dərman ehtiyatı mövcuddur.