Menyu

Ərdoğan: Suriyanın ərazi bütövlüyü qorunmalıdır

Əziz Əzizli
Ərdoğan: Suriyanın ərazi bütövlüyü qorunmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriyanın müvəqqəti lideri Əhməd əl-Şaraa ilə görüş keçirib. Görüş zamanı Ərdoğan Suriyanın ərazi bütövlüyünün qorunmasının və ölkənin vahid mərkəzdən idarə olunmasının vacibliyini vurğulayıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası danışıqlardan sonra məlumat yayıb.

Prezident Ərdoğan İsrailin Suriya ərazisinə etdiyi işğal və təcavüzü qəbuledilməz hesab etdiyini bildirib və bu məsələdə Türkiyənin beynəlxalq platformalarda mübarizəni davam etdirəcəyini bəyan edib. O, həmçinin qeyd edib ki, Türkiyə ilə Suriya arasında enerji, müdafiə və nəqliyyat da daxil olmaqla, bütün sahələrdə ikitərəfli əməkdaşlıq inkişaf etdiriləcək və davam etdiriləcək.

Məlumata görə, ABŞ-nin Dəməşqə qarşı sanksiyaları ləğv etmək qərarından sonra Əhməd əl-Şaraa ilk xarici səfərini Türkiyəyə etməsindən məmnunluq ifadə edib. Görüşdə Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik blokuna daxil olan nazirlər də iştirak ediblər.

Teqlər:

"\u018frdo\u011fan: Suriyan\u0131n \u0259razi b\u00fct\u00f6vl\u00fcy\u00fc qorunmal\u0131d\u0131r"

Əlaqəli Xəbərlər