Menyu

Misir Senatının sədri Azərbaycanda rəsmi səfərdədir

Əsəd Abbaslı
Misir Senatının sədri Azərbaycanda rəsmi səfərdədir

Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razekin başçılığı ilə parlament nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərdədir.

Operativ Media xəbər verir ki, məlumatı Milli Məclisin mətbuat və əlaqələr şöbəsi yayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Misir Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Misirlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov, Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Abdel Vahab Abdel Razekin ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Rəsmi səfər mayın 28-də başa çatacaq.

Teqlər:

"Misir Senat\u0131n\u0131n s\u0259dri Az\u0259rbaycanda r\u0259smi s\u0259f\u0259rd\u0259dir"

Əlaqəli Xəbərlər