Menyu

Ukrayna XİN başçısı İlham Əliyevə təşəkkür edib

Əsəd Abbaslı
Ukrayna XİN başçısı İlham Əliyevə təşəkkür edib

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Prezident İlham Əliyevlə görüşündən sonra “X”-də paylaşım edib.

Operativ Media xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakıda qəbul olundum. Ukrayna-Azərbaycan ikitərəfli münasibətləri və beynəlxalq gündəlikdəki əsas mövzular ətrafında açıq və ətraflı müzakirələr apardıq.

Xüsusilə Rusiya təcavüzünə necə son qoymaq və ədalətli, davamlı sülhün bərqərar olunması yolları müzakirə olundu.

Prezident İlham Əliyevə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə, həmçinin qış aylarında göstərdiyi humanitar və enerji yardımlarına görə şəxsən təşəkkür etdim.

Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının inkişaf etdirilməsi istiqamətində növbəti addımları müzakirə etdik.

Bu kontekstdə Azərbaycanın 10-11 iyul tarixlərində Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında iştirakı xüsusi əhəmiyyət daşıyacaq".

Teqlər:

"Ukrayna X\u0130N ba\u015f\u00e7\u0131s\u0131 \u0130lham \u018fliyev\u0259 t\u0259\u015f\u0259kk\u00fcr edib"

Əlaqəli Xəbərlər