Azərbaycan Ukraynaya 40 milyon dollardan artıq humanitar yardım göstərib
Əsəd Abbaslı
Azərbaycan Ukraynaya humanitar yardımı davam etdirəcək.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan tərəfindən bu günə kimi 40 milyon dollardan artıq Ukraynaya humanitar yardım göstərib.
O əlavə edib ki, Azərbaycan yaxın dövrdə keçiriləcək Ukraynanın Bərpası Konfransına önəm verir və bunun bərpa prosesi üçün əhəmiyyətli tədbir olduğunu düşünür.
Qeyd edək ki, konfransda Azərbaycan tərəfi də iştirak edəcək.
Teqlər:
"Az\u0259rbaycan Ukraynaya 40 milyon dollardan art\u0131q humanitar yard\u0131m g\u00f6st\u0259rib"