Menyu

Azərbaycanın regional və qlobal strateji əhəmiyyəti bir daha təsdiqləndi - ŞƏRH

Nərmin Qocamanlı
Azərbaycanın regional və qlobal strateji əhəmiyyəti bir daha təsdiqləndi - ŞƏRH

Avropa Siyasi Birliyinin (ASB) növbəti Zirvə Toplantısının Bakıda keçirilməsi Azərbaycan Prezidentinin regionda formalaşdırdığı yeni siyasi reallıqların qəbul edildiyini göstərir.

Operativ Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev səsləndirib.


Deputat bildirib ki, Avropa İkinci Dünya müharibəsindən sonra yaranan təhlükəsizlik və siyasi çağırışlara cavab olaraq müxtəlif platformalar formalaşdırıb. 1949-cu ildə Avropa Şurası, 1975-ci ildə isə ATƏT-in sələfi olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi yaradılıb.

Lakin bu qurumlar müasir dövrün çağırışlarına, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda meydana çıxan problemlərə cavab vermək üçün kifayət qədər effektiv mexanizmlərə malik deyil.

Bu kontekstdə 2022-ci ildə Avropa Siyasi Birliyi təsis edilib.

Yeni platformanın məqsədi Avropada siyasi və təhlükəsizlik dialoqunu gücləndirmək, regional əməkdaşlığı inkişaf etdirməkdir.

Praqada keçirilən ilk sammitdə bu məqsədlər aydın şəkildə ortaya qoyulub.

Hazırda ASB çərçivəsində Avropa İttifaqına üzv olan 27 ölkə ilə yanaşı, 20 digər Avropa ölkəsi də iştirak edir.

Sammitlər ildə iki dəfə keçirilir – biri Avropa İttifaqına sədrlik edən ölkədə, digəri isə Aİ üzvü olmayan ölkədə.

Bakıda keçiriləcək növbəti sammit Azərbaycanın bu platformadakı əhəmiyyətini və artan beynəlxalq nüfuzunu nümayiş etdirir.

Deputat qeyd edib ki, Azərbaycan ASB-də iştirak edən 47 ölkədən 16-sı ilə strateji tərəfdaşlıq
münasibətlərinə malikdir.

Onlardan 10-u Avropa İttifaqının üzvüdür.

Bu fakt Azərbaycanın regional və qlobal səviyyədə strateji əhəmiyyətini bir daha təsdiqləyir.

Teqlər:

"Az\u0259rbaycan\u0131n regional v\u0259 qlobal strateji \u0259h\u0259miyy\u0259ti bir daha t\u0259sdiql\u0259ndi - \u015e\u018fRH"

Əlaqəli Xəbərlər