Menyu

Tramp: Zelenski öz bəyanatları ilə daim Ukraynaya problemlər yaradır

Əziz Əzizli
Tramp: Zelenski öz bəyanatları ilə daim Ukraynaya problemlər yaradır

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin çıxışlarını tənqid edib. O, Zelenskinin bəyanatlarının Ukrayna üçün daim problemlərə yol açdığını bildirib.

Operativ Media xəbər verir ki, bu fikirlər Trampın bazar günü "Truth Social" platformasında paylaşdığı açıqlamada yer alıb.

"Prezident Zelenski bu şəkildə danışmaqla ölkəsinə xidmət etmir. Onun söylədiyi hər bir ifadə problem yaradır, bu mənim xoşuma gəlmir və onun susmasını arzulayıram. Əgər mən prezident olsaydım, bu münaqişə heç vaxt başlamazdı. Bu, nə Zelenskinin, nə Putinin, nə də Co Baydenin uğuru deyil. Bu, Trampın böyük köməyi olmadan, bacarıqsızlıq və nifrətlə baş vermiş çirkin bir yanğındır", – deyə Tramp vurğulayıb.

Tramp, həmçinin Rusiyanın Ukraynadakı hədəflərə endirdiyi son irimiqyaslı zərbələrə də münasibət bildirib. Onun sözlərinə görə, Rusiya hökumətinin Ukraynanın bütün ərazisini ələ keçirmək kimi hipotetik məqsədi mövcuddur və bu, sonda "Rusiyanın dağılmasına gətirib çıxara bilər".

O, bu açıqlamanın təfərrüatlarını izah etməyib.

Teqlər:

"Tramp: Zelenski \u00f6z b\u0259yanatlar\u0131 il\u0259 daim Ukraynaya probleml\u0259r yarad\u0131r"

Əlaqəli Xəbərlər