Menyu

Tramp Aİ-yə tətbiq edilən 50%-lik tarifləri təxirə salıb

Əziz Əzizli
Tramp Aİ-yə tətbiq edilən 50%-lik tarifləri təxirə salıb

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına 1 iyun tarixindən etibarən tətbiq olunması planlaşdırılan 50 faizlik birbaşa tarif qərarının 2025-ci il iyulun 9-dək təxirə salındığını elan edib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə apardığı telefon danışığına dair paylaşım edib.

Tramp bildirib ki, fon der Lyayen 1 iyun tarixindən qüvvəyə minməsi nəzərdə tutulan 50 faizlik tariflə bağlı əlavə vaxt istəyib və bu müraciətə əsasən son tarix 2025-ci il iyulun 9-na qədər uzadılıb.

Aİ ilə ABŞ arasında ticarət danışıqlarının tezliklə başlayacağını bildirən fon der Lyayenə mövzuya göstərdiyi diqqətə görə təşəkkürünü ifadə edib.

Teqlər:

"Tramp A\u0130-y\u0259 t\u0259tbiq edil\u0259n 50%-lik tarifl\u0259ri t\u0259xir\u0259 sal\u0131b"

Əlaqəli Xəbərlər