Menyu

Tramp: İranla nüvə danışıqlarında irəliləyiş əldə olunub

Əziz Əzizli
Tramp: İranla nüvə danışıqlarında irəliləyiş əldə olunub

"ABŞ İranla yaxşı danışıqlar aparıb və Tehranın nüvə proqramı məsələsində irəliləyiş əldə olunub".

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bazar günü Nyu-Cersidən Vaşinqtona uçmazdan əvvəl bəyan edib.

Onun jurnalistlərlə söhbəti Amerika xəbər kanallarında yayımlanıb.

"Çox vacibdir ki, dünən və bu gün İranla çox yaxşı danışıqlarımız olub və görək bundan nə çıxacaq. Amma mən hesab edirəm ki, İran cəbhəsində yaxşı xəbərlərimiz ola bilər. Nüvə proqramı ilə bağlı İranla çox yaxşı danışıqlarımız olub. Mən bilmirəm, sizə qarşıdakı iki gündə yaxşı, yoxsa pis bir şey deyəcəyəm, amma bir lider olaraq deyə bilərəm ki, real irəliləyiş əldə etmişik", – Tramp bildirib.

Ona yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının növbəti raundunun olub-olmayacağı sualı verilib.

"Çox yaxın vaxtlarda İranla danışıqlar olacaq. Sabah nə baş verəcəyini sizə deyə bilmərəm. Amma onu deyə bilərəm ki, İranla danışıqlar çox yaxşı gedir. Mən çox istərdim ki, nüvə sazişi baş tutsun", – Tramp yekunlaşdırıb.

Teqlər:

"Tramp: \u0130ranla n\u00fcv\u0259 dan\u0131\u015f\u0131qlar\u0131nda ir\u0259lil\u0259yi\u015f \u0259ld\u0259 olunub"

Əlaqəli Xəbərlər