Menyu

Avropa komissarı İsraili idman yarışlarından kənarlaşdırmağa çağırıb

Əziz Əzizli
Avropa komissarı İsraili idman yarışlarından kənarlaşdırmağa çağırıb

Avropa İttifaqının Mədəniyyət, İdman və Gənclər üzrə komissarı Glenn Micallef Qəzzada yaranmış dəhşətli humanitar vəziyyəti pisləyib və bildirib ki, idman dünyası baş verənlər barədə öz səsini çıxarmalıdır.

Operativ Media xəbər verir ki, o, bu haqda "Politico"ya danışıb.

"İdmana gəldikdə, məncə, bizim dəyərlərimizi paylaşmayanlara idman tədbirlərində yer olmamalıdır", - o, İsrailin adını birbaşa çəkmədən, ölkənin Qəzzadakı müharibə ilə əlaqədar idman sanksiyalarına məruz qalıb-qalmayacağı sualına cavab verib. Micallef idmanı "insan hüquqlarının inkişaf etdirilməsi üçün sülhü təşviq edən bir alət" adlandırıb. Onun sözlərinə görə, “idman hərəkatı avtonomdur və öz qərarlarını verir”.

"Bizim borcumuz, məsuliyyətimiz var ki, bu məsələlər haqqında danışaq", - Avropa komissarı əlavə edib.

"Politico"ya görə , idman dünyasında İsrailin Olimpiadadan tutmuş Dünya Kubokuna qədər beynəlxalq yarışlarda iştirakını boykot etmək çağırışları dəfələrlə edilib , baxmayaraq ki, bu cür təkliflər indiyədək böyük ölçüdə rədd edilib.

Teqlər:

"Avropa komissar\u0131 \u0130sraili idman yar\u0131\u015flar\u0131ndan k\u0259narla\u015fd\u0131rma\u011fa \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər