Menyu

Finlandiya Rusiyaya nota verib

Finlandiya Rusiyaya nota  verib

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya səfirinə nota təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Belə ki, Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov bazar ertəsi Xarici İşlər Nazirliyinə dəvət edilib və ona iki Rusiya hərbi təyyarəsinin hava məkanını pozması şübhəsi ilə bağlı nota təqdim edilib.

"Səfirə Finlandiyanın iddia edilən ərazi pozuntusunu ciddi qəbul etdiyi barədə məlumat verilib və məsələyə aydınlıq gətirilməsi xahiş olunub. Səfirə məsələ ilə bağlı nota verilib", - deyə məlumatda qeyd olunub.

Teqlər:

"Finlandiya Rusiyaya nota verib"

Əlaqəli Xəbərlər