Menyu

Fələstin prezidenti və Avropa İttifaqı Şurasının sədri Qəzzanı müzakirə ediblər

Əziz Əzizli
Fələstin prezidenti və Avropa İttifaqı Şurasının sədri Qəzzanı müzakirə ediblər

Fələstin Dövlət Başçısı Mahmud Abbas ilə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Kosta İsrailin Qəzza zolağına qarşı hücumlarının dayandırılması məsələsini müzakirə ediblər.

Operativ Media Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya istinadən xəbər verir ki,  Abbas ilə Kosta telefon danışığı aparıblar.

Danışıq zamanı tərəflər arasında "Fələstindəki son hadisələr, müharibənin dayandırılması yolları və Qəzza zolağına humanitar yardımın çatdırılması məsələləri" müzakirə olunub.

Bildirilib ki, İsraillə yanaşı, fələstin torpaqlarını zəbt edən israilli köçkünlərin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki hücumları, eləcə də Fələstin administrasiyasına ayrılan vəsaitlərin qarşısının alınması məsələləri də müzakirə olunub.

“Biz Aİ-nin iki dövlətli həll, İsrailin yaşayış məntəqələri, müharibənin dayandırılması və yardımların göstərilməsi məsələlərindəki qəti mövqeyini yüksək qiymətləndiririk", - deyə Fələstin prezidenti bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər