Menyu

Sahibə Qafarova Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib

Nərmin Qocamanlı
Sahibə Qafarova Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.

"Operativ Media" xəbər verir ki, Milli Məclisin sədri səfər çərçivəsində Moskva şəhərinin “Aleksandr” bağına gələrək “Naməlum əsgər” məzarının önünə əklil qoyub.

Gün ərzində Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisin Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşləri gözlənilir.

Teqlər:

"Sahibə Qafarova Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib"

Əlaqəli Xəbərlər