Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfərə gələcək.
Operativ Media xəbər verir ki, bu barədə TRT haber məlumat yayıb.
Səfər 28 May Müstəqillik günümüz çərçivəsində baş tutacaq.
“Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.
Bundan əlavə Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək.