Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş olub.
Operativ Media xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, daha sonra XİN rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Ukrayna məsələsi ilə bağlı danşıqlar aparmaq üçün ötən gün Rusiyaya səfər edib. O, ötən gün Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşüb. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri daha sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib.
"Reuters"in məlumatın görə, Hakan Fidan Rusiya səfərindən sonra bu həftə Ukraynaya səfər edəcək.






