Menyu

Şahbaz Şərif: Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür etdim

Əsəd Abbaslı
Şahbaz Şərif: Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür etdim
1 dəq oxu

"Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim".

Operativ Media xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X"də yazıb.

"Biz Pakistan-Azərbaycan əlaqələrini bütün sahələrdə dərinləşdirmək, regional sülh və tərəqqi naminə birgə işimizi davam etdirmək üçün ümumi əzmimiz olduğunu bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!", - o bildirib.

Əlaqəli Xəbərlər