Ermənistan Azərbaycanın göndərdiyi təkliflər üzərində işlədiyini bildirir
Nərmin Qocamanlı
"Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni və bu yaxınlarda Azərbaycan tərəfdən gələn təkliflər üzərində işləyir".
"Operativ Media" "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan bildirib.
O xatırladıb ki, Ermənistan və Azərbaycan tərəfləri sülh müqaviləsinin mətni ilə bağlı bir-birinə təkliflər verirlər.
Bu yaxınlarda Azərbaycan Ermənistana öz təkliflərini göndərib.
“Ermənistan bu təkliflər üzərində işləyir. Təkliflərimiz hazır olandan sonra Azərbaycana göndəriləcək”, - deyə Xandanyan bildirib.
Teqlər:
"Ermənistan Azərbaycanın göndərdiyi təkliflər üzərində işlədiyini bildirir"