Menyu

Avropa İttifaqı Azərbaycanla daha sıx qarşılıqlı əlaqə qurmaq niyyətindədir

Avropa İttifaqı Azərbaycanla daha sıx qarşılıqlı əlaqə qurmaq niyyətindədir

Avropa Komissiyası (AK) və Avropa Xarici Siyasət Xidməti mayın 28-də Brüsseldə Avropa İttifaqının (Aİ) Qara dəniz regionu üçün yeni strategiyasını təqdim edib, bu strategiya regionun ölkələri, o cümlədən Azərbaycanla daha sıx qarşılıqlı əlaqəni nəzərdə tutur.

Operativ Media xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

"Qara dəniz regionunda təhlükəsizlik və sülhün təşviq edilməsi üçün Avropa İttifaqının fəal rolu həlledici əhəmiyyətə malikdir. Biz regionda təhlükəsizlik və sabitliyi gücləndirmək üçün qonşularımızla sıx əməkdaşlıq edəcəyik", - AK sədri Ursula fon der Lyayen bildirib.

Avropa Komissiyasının bəyanatında qeyd olunub ki, bu strategiya Avropanın Cənubi Qafqaz, Mərkəzi Asiya və digər ölkələrlə əlaqələrinin gücləndirilməsi hesabına qarşılıqlı əlaqə və iqtisadi artımı stimullaşdırmağa yönəlib.

Teqlər:

"Avropa \u0130ttifaq\u0131 Az\u0259rbaycanla daha s\u0131x qar\u015f\u0131l\u0131ql\u0131 \u0259laq\u0259 qurmaq niyy\u0259tind\u0259dir"

Əlaqəli Xəbərlər