Hakan Fidan Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, o bu barədə "X"də paylaşım edib.
“Bu gün hörmətli Prezidentimizlə birlikdə ziyarət etdiyimiz Laçında, Azərbaycan bayrağının vətənin hər qarış torpağında azad dalğalandığını görməkdən qürur duyuruq. İstiqlal mücadiləsində şəhid olan qəhrəmanlarımızı rəhmətlə, fədakar qaziləri minnətlə anıram”, - paylaşımda vurğulanıb.