Menyu

Antonio Quterreş İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Əsəd Abbaslı
Antonio Quterreş İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırıram.

Milli bayramlar, eyni zamanda, ortaq qlobal çağırışlar üzərində düşünmək üçün fürsət yaradır.

Hazırda beynəlxalq ictimaiyyət iqlim böhranından tutmuş münaqişələrə, artan bərabərsizliklərə qədər bir çox çətinliklərlə üzləşir ki, bunlar da çoxtərəfli həll yolları tələb edir.

Gələcək üçün Paktın mahiyyəti də məhz budur. Keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş bu tarixi sənədin mərkəzində çoxtərəfliliyi möhkəmləndirmək və davamlı sülhü, dayanıqlı inkişafı, hamı üçün insan hüquqlarının təmin olunmasını təşviq etmək tələbi dayanır.

Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının xalqına bir daha ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Teqlər:

"Antonio Quterre\u015f \u0130lham \u018fliyev\u0259 t\u0259brik m\u0259ktubu \u00fcnvanlay\u0131b"

Əlaqəli Xəbərlər