Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) işinə nəzarət etdiyi administrasiyanı tərk edir.
Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
Agentlik, müvafiq qərarın Maskın CBS televiziyasına verdiyi müsahibədə administrasiya tərəfindən təklif edilən və ABŞ Konqresinin Nümayəndələr Palatasının dəstəklədiyi hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etməsindən bir gün sonra qəbul edildiyinə diqqət çəkir. "Reuters" də öz növbəsində administrasiyadakı mənbəyə istinadən izah etdi ki, Maskın hazırkı administrasiyadan getməsi prosesi iyunun əvvəllərində başlayacaq.