Menyu

Maldiv Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Maldiv Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Operativ Media-nın xəbərinə görə təbrikdə deyilir.

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Maldiv Hökumətinin və xalqının səmimi təbriklərini və xoş arzularını çatdırmaqdan böyük məmnunluq duyuram. Bu tarixi bayram Azərbaycan xalqının müstəqilliyi və öz müqəddəratını təyin etməsi ilə səciyyələnir, onun birliyini və mətanətini simvolizə edir.

Maldiv Respublikası ölkələrimizin mənafeyinə uyğun olaraq ikitərəfli əlaqələri dərinləşdirməyə, tərəfdaşlığı inkişaf etdirməyə sadiqdir.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Teqlər:

"Maldiv Respublikas\u0131n\u0131n Prezidenti \u0130lham \u018fliyevi t\u0259brik edib"

Əlaqəli Xəbərlər