Menyu

Xorvatiyanın Baş naziri İlham Əliyevi təbrik edib

Xorvatiyanın Baş naziri İlham Əliyevi təbrik edib

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Operativ Media-nın xəbərinə görə, təbrikdə deyilir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikası Hökuməti adından və öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə səmimi münasibətlərə və səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir. Dialoqa, qarşılıqlı hörmətə və tərəfdaşlığa sadiqliyimiz müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verib.

Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq ümumi nailiyyətlərimiz əsasında dərinləşəcək, xalqlarımıza tərəqqi və firavanlıq gətirəcəkdir.

Zati-aliləri, bu əlamətdar gün münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasına və onun vətəndaşlarına davamlı rifah, əmin-amanlıq və tərəqqi arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Teqlər:

"Xorvatiyan\u0131n Ba\u015f naziri \u0130lham \u018fliyevi t\u0259brik edib"

Əlaqəli Xəbərlər