Menyu

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevi təbrik edib

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevi təbrik edib

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Operativ Media-nın xəbərinə görə təbrikdə deyilir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Zati-alinizə cansağlığı və rifah, Azərbaycan xalqına daha da çox tərəqqi və firavanlıq diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcəkdir.

Üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidvaram.

Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Teqlər:

"\u0130slam \u018fm\u0259kda\u015fl\u0131q T\u0259\u015fkilat\u0131n\u0131n Ba\u015f katibi \u0130lham \u018fliyevi t\u0259brik edib"

Əlaqəli Xəbərlər