Menyu

Azərbaycanın Keniyadakı səfiri Moses Vetangula ilə görüşüb

Mayın 29-da Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniya Respublikası Milli Assambleyasının sədri Moses Vetangula arasında görüş keçirilib.

Səfirlikdən Operativ Media-ya bildirilib ki, səfir Sultan Hacıyev ötən 20 il ərzində Azərbaycan və Keniya arasında münasibətlərin dinamik inkişafından söhbət açıb və iki ölkə arasında əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, iki ölkənin parlamentləri beynəlxalq arenada, o cümlədən Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində fəal əməkdaşlıq edir. O, vurğulayıb ki, ikitərəfli əməkdaşlığın gücləndirilməsi, o cümlədən parlament dostluq qruplarının və parlament komitələri arasında birbaşa əlaqələrin yaradılmasına tərəflərin maraq göstərməsi sevindirici haldır.

Milli Assambleyanın sədri M. Vetangula Keniya və Azərbaycan arasında olan münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaratdığını bildirib. Sədr Azərbaycanın Milli Məclisinin parlamentlərarası aktiv fəaliyyətindən məlumatlı olduğunu və ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı birgə addımlar atmağa hazır olduğunu dilə gətirib. O, Azərbaycanın təşəbbüsü ilə təsis edilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın bu platformada təşəbbüs və töhfələrini alqışlayıb.  

Səfir Sultan Hacıyev ötən il Azərbaycanın ev sahibi olduğu COP29-da Keniyanın aktiv iştirakını vurğulayaraq qeyd edib ki, 2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13), habelə Ümumdünya Ətraf Mühit Günü (WED2026) çərçivəsində Azərbaycan və Keniya arasında sıx işbirliyi qlobal əməkdaşlığa mühüm töhfə verə bilər.

Sədr M. Vetangula beynəxlaq tədbirləri təşkil etməkdə böyük təcrübəsi olan Azərbaycanın nüfuzlu WUF13-ə uğurla ev sahibliyi edəcəyini və qanunvericilik orqanlarının şəhərsalma proseslərinin inkişafında rolunun WUF13 platformasına müzakirəyə çıxarılmasının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə Azərbaycanlı müqabilləri ilə ələqələndirilmiş fəaliyyətin faydalı olacağını qeyd edib.

Səfir, həmçinin Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti, Prezident cənab İlham Əliyevin liderliyi ilə müasir Azərbaycanın qazandığı nailiyyətlər barədə həmsöhbətini məlumatlandırıb. 2020-ci il şanlı Zəfərin nəticələri, postmünaqişə dövründə ərazilərdə yenidənqurma və genişmiqyaslı humanitar minatəmizləmə işlərini qeyd edib. Həmçinin, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) Keniyanın bir neçə  təhsil və tibb müəssisələrinə etdiyi humanitar yardımlar haqqında məlumat verib. Səfir Azərbaycan Xalqının Ümummilli Lideri, ölkəmizin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev haqqında danışarkən onun adına təsis edilən Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində keniyalı gənclərə hər il ayrılan ali təhsil təqaüdlərinin xalqlarımız arasında dostluğun güclənməsinə töhfə olduğunu ifadə edib.   

Mayın 29-da Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniya Respublikası Milli Assambleyasının sədri Moses Vetangula arasında görüş keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir Sultan Hacıyev ötən 20 il ərzində Azərbaycan və Keniya arasında münasibətlərin dinamik inkişafından söhbət açıb və iki ölkə arasında əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, iki ölkənin parlamentləri beynəlxalq arenada, o cümlədən Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində fəal əməkdaşlıq edir. O, vurğulayıb ki, ikitərəfli əməkdaşlığın gücləndirilməsi, o cümlədən parlament dostluq qruplarının və parlament komitələri arasında birbaşa əlaqələrin yaradılmasına tərəflərin maraq göstərməsi sevindirici haldır.

Milli Assambleyanın sədri M. Vetangula Keniya və Azərbaycan arasında olan münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar yaratdığını bildirib. Sədr Azərbaycanın Milli Məclisinin parlamentlərarası aktiv fəaliyyətindən məlumatlı olduğunu və ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı birgə addımlar atmağa hazır olduğunu dilə gətirib. O, Azərbaycanın təşəbbüsü ilə təsis edilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın bu platformada təşəbbüs və töhfələrini alqışlayıb.  

Səfir Sultan Hacıyev ötən il Azərbaycanın ev sahibi olduğu COP29-da Keniyanın aktiv iştirakını vurğulayaraq qeyd edib ki, 2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13), habelə Ümumdünya Ətraf Mühit Günü (WED2026) çərçivəsində Azərbaycan və Keniya arasında sıx işbirliyi qlobal əməkdaşlığa mühüm töhfə verə bilər.

Sədr M. Vetangula beynəxlaq tədbirləri təşkil etməkdə böyük təcrübəsi olan Azərbaycanın nüfuzlu WUF13-ə uğurla ev sahibliyi edəcəyini və qanunvericilik orqanlarının şəhərsalma proseslərinin inkişafında rolunun WUF13 platformasına müzakirəyə çıxarılmasının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə Azərbaycanlı müqabilləri ilə ələqələndirilmiş fəaliyyətin faydalı olacağını qeyd edib.

Səfir, həmçinin Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti, Prezident cənab İlham Əliyevin liderliyi ilə müasir Azərbaycanın qazandığı nailiyyətlər barədə həmsöhbətini məlumatlandırıb. 2020-ci il şanlı Zəfərin nəticələri, postmünaqişə dövründə ərazilərdə yenidənqurma və genişmiqyaslı humanitar minatəmizləmə işlərini qeyd edib. Həmçinin, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) Keniyanın bir neçə  təhsil və tibb müəssisələrinə etdiyi humanitar yardımlar haqqında məlumat verib. Səfir Azərbaycan Xalqının Ümummilli Lideri, ölkəmizin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev haqqında danışarkən onun adına təsis edilən Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində keniyalı gənclərə hər il ayrılan ali təhsil təqaüdlərinin xalqlarımız arasında dostluğun güclənməsinə töhfə olduğunu ifadə edib.   

Teqlər:

"Az\u0259rbaycan\u0131n Keniyadak\u0131 s\u0259firi Moses Vetangula il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Fotogalereya

Əlaqəli Xəbərlər