Yaponiya Suriyaya qarşı sanksiyaları qismən ləğv edib
Əziz Əzizli
Yaponiya Suriyaya qarşı sanksiyaların bir qismini ləğv etmək qərarına gəlib.
Operativ Media xəbər verir ki, bu barədə hökumət məlumat yayıb.
Yaponiya Nazirlər Kabinetinin katibi Yoşimasa Hayaşi mətbuat konfransında “Biz Suriyanın beynəlxalq ictimaiyyətlə birlikdə sülh və sabitliyə doğru atdığı müsbət addımları dəstəkləmək, həmçinin Suriya xalqının həyat şəraitinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə dörd banka qarşı tətbiq edilən sanksiyaları ləğv etmək qərarına gəldik", - deyə bildirib.
Yaponiya hökumətinin yaydığı məlumatda bildirilir ki, Suriya Sənaye Bankı, Xalq Kredit Bankı, Əmanət Bankı və Kənd Təsərrüfatı Kooperativ Bankına qarşı sanksiyalar ləğv edilib.