30 May 2025, 10:30
Oturaq iş həyatının sağlamlığa mənfi təsirləri nələrdir?
Oturaq iş həyatının sağlamlığa mənfi təsirləri nələrdir? şəkil
Oturaq iş həyatının sağlamlığa mənfi təsirləri nələrdir?

Texnologiyanın inkişafı ilə bir çox insanın iş həyatı oturaq rejimdə təşkil olunub. Kompüter qarşısında uzun saatlar keçirmək, masa arxasında fasiləsiz işləmək artıq gündəlik həyatın bir hissəsinə çevrilib desək yanılmarıq. Bu cür iş rejimi rahat və təhlükəsiz görünsə də, əslində insan sağlamlığı və ümumi həyat keyfiyyəti baxımından bir sıra ciddi mənfi təsirlərə malikdir.

Oturaq iş həyatının sağlamlığa mənfi təsirləri nələrdir?

Mövzu ilə bağlı həkim-terapevt Nəbi Absalamov Operativ Media-ya açıqlama verib.

Nəbi Absalamov bildirir ki, oturaq iş həyatı uzun müddət aktivliyin aşağı olması deməkdir:

Oturaq iş həyatının insan həyatındakı mənfi təsirləri ondan ibarətdir ki, oturaq iş həyatı kalorini xərcləməyə imkan vermir. Hər nə qədər desək də iş həyatından sonra gəzirəm, bütün gün olan aktivliyi əvəz etmir. Uzun müddət aktivliyin aşağı olması kalori yüksəlməsinə, bədən çəkisinin artmasına səbəb olur. Buda dövrümüzün aktual problemlərindəndir.

Bunlarla yanaşı oturaq iş həyatı, fiziki, psixoloji və digər problemlərə dəı səbəb ola bilər".

Fiziki sağlamlıq problemləri

  • Onurğa və bel ağrıları: Uzun müddət düzgün olmayan oturuş vəziyyəti onurğa problemlərinə gətirib çıxara bilər.
  • Boyun və çiyin ağrıları: Kompüter qarşısında əyilmiş vəziyyətdə oturmaq bu nahiyələrdə gərginlik yaradır.
  • Ürək-damar xəstəlikləri: Oturaq həyat tərzi qan dövranını zəiflədir və infarkt riskini artırır.
  • Şəkərli diabet: Aktivliyin az olması insulinə qarşı həssaslığı azalda bilər.

Psixoloji və emosional təsirlər

  • Stress və gərginlik: Uzun iş saatları və hərəkətsizlik beyində gərginlik yarada bilər.
  • Depressiya və motivasiya azlığı: Hərəkətsiz həyat tərzi emosional vəziyyəti pisləşdirə bilər.
  • Yorğunluq və halsızlıq: Paradoksal olaraq, hərəkətsizlik enerji azlığına səbəb olur.

Sosial və həyat keyfiyyəti problemləri

  • Sosial izolyasiya: Kompüter qarşısında uzun müddət işləmək sosial əlaqələri zəiflədə bilər.
  • Göz yorğunluğu və görmə problemləri: Monitor qarşısında uzun müddət qalmaq gözlərə zərər verə bilər.
  • Yuxu pozğunluğu: Stress və ekran qarşısında çox vaxt keçirmək yuxuya təsir edir.

"Oturaq iş həyatında 45 dəqiqədən bir, ən azı 5-10 dəqiqə hərəkət etmək və işdən sonra yüngül idmanla məşğul olmaq məsləhətdir".

 

Son xəbərlər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb