Menyu

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib
1 dəq oxu

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Operativ Media-nın xəbərinə görə, bununla bağlı parlamentin bu gün keçirilən son plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

O, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilməsini təklif edib.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.

Əlaqəli Xəbərlər