Menyu

Türkmənistan Moskvaya uçuşları dayandırıb

Nərmin Qocamanlı
Türkmənistan Moskvaya uçuşları dayandırıb

Türkmənistan Hava Yolları iyunun 1-dən etibarən yenidən Moskvaya müntəzəm uçuşları dayandıracaq.

Operativ Media xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə aviabileti olan sərnişinlər avtomatik olaraq Aşqabad-Kazan marşrutu üzrə reyslərə köçürüləcək.

Bundan əlavə, iyunun 2-dən iyunun 14-dək Kazan hava limanından Domodedovo hava limanına sərnişinlər üçün pulsuz yerüstü transfer təşkil olunacaq.

Qeyd olunub ki, Türkmənistan Hava Yolları artıq üçüncü dəfədir ki, Rusiya paytaxtına uçuşları ləğv edir.

Ötən ilin dekabr ayında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasından sonra Moskvaya uçuşlar dayandırılmışdı. Daha sonra uçuşlar mart ayında bərpa edilib.

Teqlər:

"T\u00fcrkm\u0259nistan Moskvaya u\u00e7u\u015flar\u0131 dayand\u0131r\u0131b"

Əlaqəli Xəbərlər