Menyu

Konstantinos Tasulas İlham Əliyevi təbrik edib

Əsəd Abbaslı
Konstantinos Tasulas İlham Əliyevi təbrik edib

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Operativ Media xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və xalqınızın firavanlığı naminə ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, Yunanıstanın xalqlarımızın mənafeyi naminə əlaqələrimizi dərinləşdirməyə və bütün sahələrdə əməkdaşlığımızı möhkəmləndirməyə hazır olduğunu bildirirəm.

Əminəm ki, biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq əsasında daha geniş regionda sülh və sabitliyin təşviqi üçün birgə çalışa bilərik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Teqlər:

"Konstantinos Tasulas \u0130lham \u018fliyevi t\u0259brik edib"

Əlaqəli Xəbərlər