Menyu

Monqolustan Prezidenti İlham Əliyevi təbrik edib

Əsəd Abbaslı
Monqolustan Prezidenti İlham Əliyevi təbrik edib

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Operativ Media xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Böyük məmnunluq hissi ilə qeyd edirəm ki, Monqolustan və Azərbaycan arasında qarşılıqlı hörmətə, ortaq tarixi və mədəni dəyərlərə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq birgə səylərimizlə daim genişlənir.

Cənab Prezident, COP29 çərçivəsində Bakıda səmimi görüşümüz zamanı razılaşdığımız məsələlərin həyata keçirilməsi üçün Sizinlə birlikdə işləməyə sadiqəm.

Fürsətdən istifadə edərək, Sizi gözəl, zəngin tarixə malik ölkəmizə dövlət səfərinə dəvət etdiyimi bir daha bildirirəm. Əminəm ki, Sizin səfəriniz əlaqələrimizdə yeni səhifə açmaqla yanaşı, Monqolustan və Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə dəyərli töhfələr verəcəkdir.

Cənab Prezident, Sizə və sevimli ailənizə möhkəm cansağlığı, rifah, dost Azərbaycan xalqına firavanlıq arzulayıram."

Teqlər:

"Monqolustan Prezidenti \u0130lham \u018fliyevi t\u0259brik edib"

Əlaqəli Xəbərlər