Menyu

Azərbaycan və Qazaxıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Qazaxıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”nin nümayəndə heyəti 26–30 may tarixlərində Qazaxıstan Respublikasının Səhiyyənin İnkişafı üzrə Milli Elmi Mərkəzinə tanışlıq səfəri həyata keçirib.

Operativ Media xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsi və Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi “Salidmat Kayrbekova adına Milli Sağlamlığın İnkişafı Elmi-Tədqiqat Mərkəzi” arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənəd səhiyyə sahəsində akkreditasiya və davamlı təhsil, elmi-tədqiqat fəaliyyətlərinin inkişafı, səhiyyənin informasiyalaşdırılması, elektron səhiyyənin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığı özündə ehtiva edir. Həmçinin, səhiyyənin iqtisadiyyatı və onun maliyyələşdirilməsi, tibbi yardımın proqnozlaşdırılması və planlaşdırılması, əczaçılıq siyasətinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın inkişaf etməsini nəzərdə tutur.

Görüşlərdə tərəflər birgə layihələrin, dəyirmi masaların və ustad dərslərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, səhiyyə işçilərinin idarəetmə və peşə bacarıqlarının artırılması, səhiyyə təşkilatlarının akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi və ortaq tədqiqatların aparılması məsələləri müzakirə edilib.

Səfər zamanı nümayəndə heyəti həmçinin Qazaxıstanın Tibbi və Əczaçılıq Nəzarəti Komitəsində işgüzar görüşlər keçirib və paytaxt Nur-Sultanın ən böyük tibb mərkəzlərini ziyarət edib.

Bu səfər Azərbaycan və Qazaxıstan arasında səhiyyə sahəsində yeni əməkdaşlıq imkanlarının təməlini qoyur və regional səviyyədə sağlamlıq xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verməyi hədəfləyir.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Qazax\u0131stan aras\u0131nda s\u0259hiyy\u0259 sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131q geni\u015fl\u0259nir"

Əlaqəli Xəbərlər