02 İyun 2025, 06:20
ABŞ İrana qarşı sərt sanksiyaları dayandırır
ABŞ İrana qarşı sərt sanksiyaları dayandırır şəkil
ABŞ İrana qarşı sərt sanksiyaları dayandırır

Ağ Ev İrana qarşı yeni sanksiyaların dayandırılması barədə göstəriş verib.

Operativ Media xəbər verir ki, bu barədə bazar günü "The Wall Street Journal" öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ötən həftə Ağ Evin mətbuat katibi Kerolin Leavitt Dövlət Departamentinə, Maliyyə Departamentinə və Milli Təhlükəsizlik Şurasına “İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətləri dayandırmaq” tələbi ilə direktiv göndərib. Nəticədə ABŞ Prezidenti Donald Trampın İran İslam Respublikasına qarşı “maksimum təzyiq” kampaniyası faktiki olaraq dalana dirənib.

Leavittin müavini Anna Kelli nəşrə verdiyi şərhdə bu məlumatı birbaşa təkzib etməyib. Lakin o bildirib ki, “sanksiyalarla bağlı istənilən yeni qərar ya Ağ Ev, ya da müvafiq departamentlər tərəfindən açıqlanacaq”. Qəzet qeyd edir ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana qarşı məhdudiyyətlər tətbiq edib və o vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır