Menyu

Polşada prezident seçkilərində qalib bəlli olub

Əziz Əzizli
Polşada prezident seçkilərində qalib bəlli olub
1 dəq oxu

Polşada keçirilən prezident seçkilərində bülletenlərin 99,8%-i respublikanın Dövlət Seçki Komissiyası tərəfindən işləndikdən sonra müxalifətin Hüquq və Ədalət Partiyasının namizədi Karol Navroçki qalib gəlib.

Operativ Media xəbər verir ki, "TVP Info"nun dərc etdiyi məlumatlara görə , Navroçki 50,9%, hakim Vətəndaş Koalisiyasının namizədi Rafal Trzaskowski isə 49,1% səs toplayır. Bülletenlərin 99,93%-i işləndikdən sonra vəziyyət dəyişməz qalıb.

Polşada prezident seçkilərinin ikinci turunda səsvermə iyunun 1-də keçirilib. Dövlət Seçki Komissiyası rəsmi nəticələri iyunun 2-də elan etməyi planlaşdırır

Əlaqəli Xəbərlər