02 İyun 2025, 11:20
Günvurma hallarından necə qorunaq?
Günvurma hallarından necə qorunaq? şəkil
Günvurma hallarından necə qorunaq?

Yay aylarında temperaturun artması ilə bir sıra sağlamlıq problemləri meydana çıxa bilər. Bu problemlər arasında ən təhlükəlilərindən biri də günvurmadır.

Günvurma bədənin uzun müddət birbaşa günəş şüalarına məruz qalması nəticəsində baş verir və vaxtında müdaxilə edilməzsə, ciddi fəsadlara səbəb ola bilər. Ona görə də hər bir insan bu haldan qorunmağın yollarını bilməli və ehtiyat tədbirlərinə əməl etməlidir.

Bəs günvurma hallarından necə qorunaq?

Bu barədə Operativ Media-ya həkim-terapevt Nəbi Absalamov açıqlama verib:

● Günvurmadan qorunmaq üçün günün ən isti saatlarında, adətən saat 11:00-dan 16:00-a qədər birbaşa günəş altında qalmaqdan çəkinmək lazımdır. Bu saatlarda açıq havada olma zərurəti yaranarsa, mütləq şəkildə papaq, gün eynəyi və açıq rəngli, yüngül geyimlər geyinmək tövsiyə olunur. Bu, həm bədəni günəşdən qoruyur, həm də temperaturun bədəndə yığılmasının qarşısını alır.

● Su balansını qorumaq lazımdır. İsti havalarda orqanizm çox miqdarda su itirir. Buna görə də bol su içmək, qazlı və şəkərli içkilərdən uzaq durmaq vacibdir. Su yalnız bədəni sərin saxlamır, eyni zamanda daxili orqanların funksiyalarını da dəstəkləyir.

● Uzun müddət avtomobildə, xüsusilə də kondisionersiz və bağlı vəziyyətdə qalmaq da təhlükəlidir. Bu cür şəraitdə temperatur çox sürətlə yüksəlir və günvurma riski artır. Uşaqları və yaşlı insanları heç vaxt avtomobildə tək buraxmaq olmaz.

● Fiziki fəaliyyət zamanı diqqətli olmaq lazımdır. İsti havalarda ağır işlər və ya idman məşqləri bədənin sürətlə qızmasına səbəb ola bilər. Belə hallarda fasilələrlə dincəlmək və sərin yerlərə çəkilmək tövsiyə olunur.

Həkim sonda qeyd edib ki, günvurma zamanı baş ağrısı, ürəkbulanma, halsızlıq, tərləmənin dayanması və bədənin həddindən artıq qızması kimi simptomlar müşahidə olunduqda, dərhal tibbi yardım göstərilməsi həyati əhəmiyyət daşıyır.

Son xəbərlər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb