Menyu

Prezident: “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu forum kimi tanınır

Prezident: “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu forum kimi tanınır

“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür.

Operativ Media xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpa olunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.

Teqlər:

"Prezident: \u201cBak\u0131 Enerji H\u0259ft\u0259si\u201d art\u0131q yeni yana\u015fmalar\u0131n v\u0259 beyn\u0259lxalq enerji dialoqunun formala\u015fd\u0131\u011f\u0131 n\u00fcfuzlu forum kimi tan\u0131n\u0131r"

Əlaqəli Xəbərlər