02 İyun 2025, 19:02
Ərdoğan: Qarabağda işğalın yaraları sürətlə sağalır
Ərdoğan: Qarabağda işğalın yaraları sürətlə sağalır şəkil
Ərdoğan: Qarabağda işğalın yaraları sürətlə sağalır

Azərbaycanın müzəffər lideri İlham Əliyev Qarabağın hər guşəsinin inkişafı və çiçəklənməsi üçün səylərini səfərbər edib.

Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə bu yaxınlarda Azərbaycana etdiyi səfərini məmnunluqla xatırlayıb. Səfər zamanı o, Laçın Beynəlxalq Hava Limanının açılışında və 28 may - Müstəqillik Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmişdi.

“Qalib lider Prezident İlham Əliyevin səyi ilə 30 illik işğaldan sonra bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir. İşğalın yaraları sürətlə sağalır. Türkiyə olaraq biz də hər cür dəstəyi veririk”, - Ərdoğan deyib.

Son xəbərlər
AZAL daha bir neçə istiqamət üzrə reysləri ləğv edib
PSJ xüsusi formasını təqdim edib
İsrail Qərbi İranın şəhərlərinə zərbələr endirib
"Şamaxı" Cəlal Hüseynovu yola saldı
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiyinə dair məlumatlar həqiqətə uyğun deyil - AÇIQLAMA
İsrail İranın Şiraz şəhərini bombalayıb
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb