Əsəb və stresin gizli fəsadları
Müasir həyat tərzi insanlara bir çox imkanlar yaratdığı kimi, eyni zamanda ciddi psixoloji çətinliklər də təqdim edir. Bu çətinliklərin başında əsəb və stres dayanır. İnsan gündəlik həyatında müxtəlif problemlərlə qarşılaşır: iş təzyiqləri, ailə qayğıları, maliyyə sıxıntıları və sosial münasibətlərdəki gərginliklər. Bütün bunlar zamanla insanlardan əsəb pozğunluğu və stres yaradır.
Bəzən özümüz bilməsək də əsəb və stres gizli şəkildə öz işini görür və səhhətimizdə ciddi problemlərə yol açır.
Əsəb və stres səhhətimizdə hansı mənfi dəyişikliklərə səbəb olur?
Mövzu ilə bağlı nevroloq Gülnarə Rüstəmzadə Operativ Media-ya açıqlama verib.
Həkim bildirir ki, əsəb və stresin yaratdığı fəsadlara bunlar aiddir:
Hərəkət pozğunluqları
•Əl-ayaq əsməsi – Parkinson xəstəliyində rast gəlinir.
•Əzələ zəifliyi və iflic – Skleroz, insult və ya sinir zədələnməsi zamanı.
•Koordinasiya pozğunluğu (ataksiya) – Beyincik və ya sinir yolları zədələnməsində.
Hissiyat pozğunluqları
•Keyimə, karıxma hissi
•İynələnmə və yanma hissləri (paresteziya)
•Ağrı (nevralgiya) – xüsusilə sifət siniri (trigeminal nevralgiya) və bel-ayaq ağrılar
Zehni və psixi pozğunluqlar
•Yaddaşın zəifləməsi – Alzheimer və demensiya hallarında
•Şəxsiyyət dəyişiklikləri – Frontal lob zədələnmələrində
•Depressiya, təşviş, panik ataklar – stressə bağlı nevroloji xəstəliklərdə
Nitq və yaddaş problemləri
•Afaziya – beynin nitq mərkəzinin zədələnməsi zamanı (məsələn, insultdan sonra)
•Dizartriya – nitqin bulanıq və anlaşılmaz olması və s.