03 İyun 2025, 15:25
Azərbaycan İranın yeni səfirinin təyin olunması üçün razılıq verib - XİN
Azərbaycan İranın yeni səfirinin təyin olunması üçün razılıq verib - XİN şəkil
Azərbaycan İranın yeni səfirinin təyin olunması üçün razılıq verib - XİN

Azərbaycan tərəfi Muctaba Dəmirçilunun İranın Azərbaycanda yeni səfir kimi təyin olunması üçün razılıq (aqreman) verib.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai İranın Azərbaycana yeni səfirinin təyin olunduğunu və inzitibati prosesin həyata keçirildiyini bildirib.

Bəqai qeyd edib ki, Orta Asiya və Qafqaz ölkələri ilə əlaqələr İran üçün çox önəmlidir. Xüsusilə Azərbaycanla əlaqələr xüsusi əhəmiyyətə sahibdir. İranın Azərbaycana seçdiyi səfir çox təcrübəli və Avrasiya üzrə mütəxəssis diplomatlardan biridir.

Xatırladaq ki, İranın Azərbaycandakı səfirinin Seyid Abbas Musəvinin səlahiyyət müddəti 2024-cü il may ayında başa çatıb.(Trend)

Son xəbərlər
Azərbaycan XİN: İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlardan narahatıq
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
"Karvan" I liqada evdə ən çox azarkeş toplayan komanda oldu