Menyu

Azərbaycan və Keniya arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub

Əziz Əzizli
Azərbaycan və Keniya arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub
1 dəq oxu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Moses Vetanq'ula ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "X" səhifəsində yazıb.

Bildirilib ki, görüş çərçivəsində ikitərəfli münasibətlərin parlamentlər səviyyəsində böyük əhəmiyyət daşıdığı və belə mübadilələrin qarşılıqlı anlaşma, ortaq dəyərlər və uzunmüddətli tərəfdaşlıq üçün yol açdığı vurğulanıb.

Fotogalereya

Əlaqəli Xəbərlər