BMT Baş Assambleyası 2026-2027-ci illər üçün Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvlərini seçdi
Əziz Əzizli
Bəhreyn, Konqo Demokratik Respublikası, Kolumbiya, Latviya və Liberiya 2026-cı il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri olacaqlar.
Operativ Media xəbər verir ki, bu, dünya təşkilatının Baş Assambleyasının cümə axşamı keçirilən səsverməsinin nəticələrində öz əksini tapıb.
Təhlükəsizlik Şurasının yeni üzvləri səlahiyyət müddəti 2025-ci il dekabrın 31-də başa çatan Əlcəzair, Qayana, Koreya Respublikası, Sloveniya və Syerra-Leoneni əvəz edəcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma