Menyu

Mask BMT-nin maliyyələşdirilməsini dayandırmağa çağırır

Əziz Əzizli
Mask BMT-nin maliyyələşdirilməsini dayandırmağa çağırır
1 dəq oxu

İlon Mask BMT-nin maliyyələşdirilməsinin dayandırılmasının tərəfdarı olduğunu bildirib.

Operativ Media xəbər verir ki, o, “BMT-ni maliyyələşdirməkdən imtina edin”, – deyə “X” sosial şəbəkəsində yazıb.

O, bu yaxınlara qədər ABŞ Prezidenti Donald Trampın administrasiyasında Hökumətin Effektivliyinin Artırılması üzrə İdarənin (DOGE) fəaliyyətinə nəzarət edirdi. İlon Mask bu fikri BMT-nin Baş katibi Antonio Quterreşin rəqəmsal platformalarda “dezinformasiya və nifrət dolu çıxışların yayılması” təhlükəsinə qarşı mübarizə məqsədilə tədbirlərin görülməsinin vacibliyi ilə bağlı açıqlamasına münasibət bildirərkən səsləndirib.

Əlaqəli Xəbərlər