Türkiyə yeni Rusiya–Ukrayna danışıqlarını gözləyir
Əziz Əzizli
Ankara Rusiya və Ukraynanın yeni danışıqlar raundu keçirəcəyini gözləyir. Çünki iyunun 2-də İstanbulda baş tutan əvvəlki görüşdə müəyyən irəliləyiş əldə olunub.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber telekanalına verdiyi müsahibədə bildirib.
“Fikrimcə, iyunun 2-də keçirilən görüşdə əvvəlki danışıqlar raundunda qəbul olunmuş qərarların icrası baxımından əhəmiyyətli irəliləyiş müşahidə olundu. Bu səbəbdən növbəti görüşün baş tutacağına ümid edirik”, – deyə Fidan Rusiya və Ukrayna arasında İstanbulda keçirilmiş ikinci birbaşa danışıqlar raundu barədə danışarkən qeyd edib.
Nazirin sözlərinə görə, İstanbulda keçirilən son görüşdə bir sıra vacib qərarlar qəbul olunub. Xüsusilə də yeni əsir və ağır xəstələrin mübadiləsi məsələsində razılıq əldə edilib. Fidanın fikrincə, “tərəflər görüşə hazırlıqlı gəlib və konkret nəticəyə nail olmaq əzmində olublar”.
Teqlər:
"T\u00fcrkiy\u0259 yeni Rusiya\u2013Ukrayna dan\u0131\u015f\u0131qlar\u0131n\u0131 g\u00f6zl\u0259yir"