Menyu

BMT Təhlükəsizlik Şurası Qəzzada atəşkəs tələb edən qətnamə layihəsini səsverməyə çıxaracaq

Əziz Əzizli
BMT Təhlükəsizlik Şurası Qəzzada atəşkəs tələb edən qətnamə layihəsini səsverməyə çıxaracaq

BMT Təhlükəsizlik Şurası çərşənbə günü qeyri-daimi üzv olan on ölkənin hazırladığı qətnamə layihəsinə səs verəcək.

Operativ Media xəbər verir ki, bu barədə jurnalistlərə dünya təşkilatındakı Sloveniya missiyası məlumat verib.

Əldə edilən məlumata görə, qətnamə mətni dörd bənddən ibarətdir. Sənəddə “Qəzza zolağında dərhal, qeyd-şərtsiz və daimi atəşkəsin bütün tərəflər tərəfindən qorunmaqla təmin edilməsi” tələbi irəli sürülür. Eyni zamanda, Fələstin anklavında saxlanılan bütün girovların azad olunması da tələb olunur. Bundan əlavə, qətnamə layihəsinin müəllifləri “BMT və onun humanitar tərəfdaşları tərəfindən həyata keçirilən humanitar yardımların Qəzzaya çatdırılmasına qoyulan bütün məhdudiyyətlərin dərhal və qeyd-şərtsiz aradan qaldırılmasını” tələb edirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər